Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:30

Ermənistan snayperlərini geri çəkməyə hazır olduğunu deyir


Seyran Ohanian (sağda) ön xəttdə əsgərləri mükafatlandırır.
Seyran Ohanian (sağda) ön xəttdə əsgərləri mükafatlandırır.
Ermənistanın Müdafiə naziri Seyran Ohanian noyabrın 24-də bildirib ki, Azərbaycanla qoşunların təmas xəttindən snayperləri geri çəkməyə hazırdırlar. Nazir AzadlıqRadiosunun erməni xidmətinə deyib ki, onlar dəfələrlə snayperləri götürə biləcəklərini desələr də Azərbaycan rəhbərliyi bundan imtina edir.

Bundan əvvəl Qarabağ münaqişəsinin həllinə vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri də dəfələrlə tərəfləri snayperlərini təmas xəttindən çıxarmağa səsləyiblər. Onlar hesab edirlər ki, bununla insan itkisi xeyli azalardı. Amma Azərbaycanın Müdafiə Nazirliyinin rəsmiləri bildirirlər ki, snayperlərin ön xətdə olmaması problemin həlli yolu deyil və əslində erməni tərəfdə snayperlər daha fəaldırlar. Onların günahından Azərbaycan ordusu da itkilər verir.

Keçən həftənin sonunda Ermənistan ordusu məlumat yaydı ki, Azərbaycan silahlı qüvvələrinin snayperləri Qarabağda təmas xəttində iki erməni əsgərini qətlə yetiriblər. Buna görə Yerevan cavab tədbirləri ilə hədələyib. Cavab addımlarının nə ola biləcəyi barədə jurnalistin sualına Ermənistanın Müdafiə naziri bu cür cavab verib: “Qarabağdakı hissələrdə Azərbaycanın bu cür addımlarının qarşısını ala bilmək üçün müvafiq tədbirlər görür. Yəni, elə ediləcək ki, Azərbaycan snayperləri atəşdən çəkinsin.”

Bakıdan isə qeyd edirlər ki, Azərbaycan ordusu heç vaxt atəşkəsi birinci pozmur.
Ermənistanın Xarici İşlər Nazirliyi də xəbər verir ki, noyabrın 28-də həmsədrlər Qarabağ danışıqlarının növbəti raundu üçün Yerevana səfər edəcəklər. Həmsədrlər keçən ay regionda səfərdə olmuşdular. Onların bildirdiklərinə görə tərəflər təmas xəttində baş verən hadisələrin araşdırılması prinsiplərinə dair sənədin ilkin variantı ilə razılaşıblar.
XS
SM
MD
LG