Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:27

Müdafiə Nazirliyi: «Biz heç vaxt atəşkəsi birinci pozmuruq»


Qarabağda erməni əsgərlərin səngəri
Qarabağda erməni əsgərlərin səngəri
«Biz atəşkəs anlaşmasına sadiqik və heç vaxt atəşkəsi birinci pozmuruq. Sadəcə olaraq, hər dəfə atəşkəs pozularkən qarşı tərəf cavab atəşi ilə susdurulur. Bu həmişə belə olub, belə də olacaq. Atəş açmasınlar, cavab da verilməsin. O ki qaldı iki erməni hərbçisinin ölümünə, yaxşı olar ki, ermənilər öz aralarında baş vermiş insidentləri araşdırsınlar, məsələni Azərbaycan tərəfinin üstünə atmasınlar».

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev «APA»ya deyib.

Ötən həftəsonu cəbhə xəttində 2 erməni hərbçisi öldürülüb. Ermənistan Müdafiə naziri David Karapetyan Azərbaycanı cavab verməklə hədələyib.

T. Abdullayev isə qeyd edir ki, Azərbaycan Ordusuna kimsə dərs verə bilməz:

«Əksinə, Azərbaycan Ordusu istənilən an, istənilən şəraitdə düşmənə dərs verməyə qadirdir».
XS
SM
MD
LG