Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:24

Misirdən İsrailə qaz nəql edən kəmər partladıldı


Maskalı şəxslər Misirdən İsrailə qaz nəql edən kəməri partladıblar.

Hadisə Misirin şərqində baş verib.

Bu barədə Misirin rəsmi MENA agentliyi xəbər verir.

Cari təmirlə əlaqədar kəmərdə qaz yox imiş.

Bu, 2011-ci ildə baş verən 7-cı anoloji insidentdir.

Ilk partlayış prezident Mübarəki hakimiyyətdən salan inqilab zamanı baş vermişdi.

Bundan sonra kəmərin qorunmasına ordu cəlb edilmişdi.

Misirdə bir çoxları hakim rejimin İsraillə əməkdaşlığının əleyhinədir.
XS
SM
MD
LG