Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:32

Maliyyə naziri:"Gələn il tələbə yataqxanaları istifadəyə verilə bilər"


Azərbaycanda tələbələrin yataqxana ilə təminatı ilə bağlı cari tədbirlər görüləcək. Bunu maliyyə naziri Samir Şərifov parlamentin iclasında bildirib.

“Prezidentin sərəncamı ilə bu ildən bu məqsədlərə vəsait ayrılacaq. Amma Bakıda yataqxana tikintisi üçün ərazi ayrılmalı, təşkilati tədbirlər görülməlidir”.

Nazirin sözlərinə görə, həmçinin tələbə yataqxanalarında yaşayan qaçqın və məcburi köçkünlər problemi var.
“İlk növbədə onların problemi həll edilməlidir. Bunun üçün dövlət addımlar atır. Əminliklə deyə bilərəm ki, 2012-ci ildə ilk yataqxanalar və ya yataqxana kompleksi istifadəyə veriləcək”, - deyə nazir bildirib.

O qeyd edib ki, Azərbaycanda pensiya islahatları da nəzərdə tutulur.
Onun sözlərinə görə, 2012-ci ilin büdcə layihəsində əmək haqqı və pensiya artımına 800 mln manat ayrılacaq.

Nazir bildirib ki, 2011-ci ildə ölkədə pensiyalar yeni metodla hesablanmağa başlayıb.
XS
SM
MD
LG