Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:41

Azərbaycanda anomal hava şəraiti davam edəcək


Anomal hava şəraiti noyabrın 25-də də davam edəcək.

Bakı və Abşeron yarımadasında noyabrın 24-dən 25-nə keçən gecə hava yağıntılı olacaq, qar yağacaq, səhər tədricən kəsiləcək. Günün ikinci yarısında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Gecə 0-2 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında noyabrın 25-də havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı, arabir intensivləşəcəyi gözlənilir. Gündüz qərb rayonlarında tədricən kəsiləcək. Qərb küləyi əsəcək. Gündüz 0-5 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta olacağı proqnozlaşdırılır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 13-18 dərəcə şaxta təşkil edəcək.

Noyabrın 23-ü günortadan sonra soyuq hava kütləsinin Azərbaycan ərazisinə daxil olması nəticəsində temperatur 5-8 dərəcə enib. Bakıda və əksər rayonlarda sulu qar və qar yağır. /Milli Hidrometeorologiya Departamenti/
XS
SM
MD
LG