Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 16:01

ABŞ İrana qarşı yeni sanksiyaları nəzərdən keçirir


ABŞ dövlət katibi Hillary Clintonla maliyyı naziri Timoti Qaytner (Timothy Geithner) bazar ertəsi Vaşinqtonda İrana qarşı yeni sanksiyaları müzakirə ediblər.

Hillary Clinton deyib ki, İran hakimiyyəti kursu dəyişib beynəlxalq öhtəliklərinə əməl etməyincə beynəlxalq təzyiqlər daha da artacaq.

Dövlət katibi qeyd edib ki, bizim sanksiyalarla bağlı səylərimiz bununla bitmir və biz getdikcə İrana qarşı daha kəskin tədbirləri nəzərdən keçirəcəyik.

Timothy Geithner isə dünyanın maliyyə instututlarına xəbərdarlıq edib ki, daxildə və xaricdə fəaliyyət göstərən İran banklarıyla əməkdaşlıq edən təşkilatlar, İranın qanunsuz nüvə silahı əldə etməsi və terrorçuluğu himayə etməsini dəstəkləmək riskiylə üzləşəcəklər.
XS
SM
MD
LG