Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:23

Yəmən prezidenti hakimiyyəti təhvil verməyə razılaşıb


Yəmən prezidenti Ali Abdullah Saleh Səudiyyə Ərəbistanına gılib, o, burda hakimiyyəti ötürməsi üçün razılaşma sənədinə qol çəkəcək.

Bildirilir ki, prezident və müxalifət bu razılaşmanı qəbul edir.

Razılaşmaya görə, Ali Abdullah Saleh hakimyyəti vitse prezidentə ötürür, o da ölkəni azad seçkilərə hazırlayır.

10 aydı ki, Yəməndə prezidentin istefası tələbi ilə etiraz aksiyası keçirilir. Ali Abdullah Saleh bir neçə dəfə hakimiyyəti ötürməyə razılıq verib. Aksiyalar zamanı o da ağöır yaralanmışdır.

Ali Abdullah Saleh 30 ildir ki, Yəməndə hakimiyyət başındadır.
XS
SM
MD
LG