Keçid linkləri

2026, 11 Mart, çərşənbə, Bakı vaxtı 05:24

İspaniyada Xalq Partiyası qalib gəlib

İspaniyada keçirilən parlament seçkilərində sağ yönümlü Xalq Partiyası qalib gəlib. Bu partiya 350 deputat yerindən 186-nı qazanıb. Bu da sağçılara təkbaşına hökumət qurmaq hüququ verir. Baş nazir postunu Xalq Partiyasının lideri Mariano Rajoy tutacaq.

2004-cü ildən hakimiyyətdə olan Sosialist Fəhlə Partiyası 110 mandatla kifayətlənib. Sosialistlərin lideri Alfredo Peres Rubalkaba məğlubiyyəti etiraf edərək bundan sonra ana müxalifət partiyası kimi fəaliyyət göstərəcəklərini bildirib.
XS
SM
MD
LG