Keçid linkləri

2026, 15 Aprel, çərşənbə, Bakı vaxtı 16:34

Əfqanıstanda ABŞ əleyhinə nümayiş keçirilib

Əfqanıstanın Calalabad şəhərində ABŞ-ın ölkədə hərbi iştirakının uzadılmasıyla bağlı qərara etiraz olaraq aksiya keçirilib.

Əfqanıstanın milli məclisi, Loya-Cirgənin qəbul etdiyi sənəddə qeyd edilir ki, ABŞ ordusu koalisiya qüvvələri 2014-cü ildə Əfqanıstanı tərk etdikdən sonra da ölkədə qala bilər.

ABŞ əleyhinə şüarlar səsləndirən aksiyaçılar Kabilə gedən yolu bağlayıblar.
Aksiyada mindən çox adam iştirak edib.

ABŞ-la istənilən tərəfdaşlığa qarşı çıxan aksiyaçılar bütün xarici qüvvələrin Əfqanıstandan çıxarılmasını tələb ediblər.
This item is part of
XS
SM
MD
LG