Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:42

Misirdə kütləvi nümayişlər keçirilir


Misirin paytaxtı Qahirənin mərkəzi meydanında etiraz nümayişi davam edir.

Bu keçmiş prezident Hosni Mubarakın devrilməsindən sonra ölkədə keçirilən ən böyük etiraz nümayişidir.

Polislə toqquşmada azı 2 nəfərin öldüyü bildirilir.

Amma polis nümayişçilərin meydana girməsinə mane olmur.

Həmçinin ölkənin digər şəhərlərində etiraz aksiyaları keçirilir.

Bu aksiyalar zamanı polislə baş vermiş toqquşmalarda 700-ə yaxın adamın yaralandığı xəbər verilir.

Ölkədəki gərginlik seçki ərəfəsinə təsadüf edir.

Noyabrın 28-də Misirdə parlament seçkiləri keçiriləcək.

İslahatların ləngiməsinə etiraz edən nümayişçilər hesab edirlər ki, indiki hərbi rəhbərlik hakimiyyəti qoruyub saxlamağa çalışacaq.
XS
SM
MD
LG