Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:57

Dünya lideləri İrana ortaq tələb irəli sürür


İsfahanda uran zənginləşdirmə müəssisəsinin qarşısında insan zənciri quran gənclərin İranın nüvə proqramına dəstək aksiyası. Aksiyadan əvvəl molla qız tələbələri ibadətə dəvət edir. 15 noyabr 2011.
İsfahanda uran zənginləşdirmə müəssisəsinin qarşısında insan zənciri quran gənclərin İranın nüvə proqramına dəstək aksiyası. Aksiyadan əvvəl molla qız tələbələri ibadətə dəvət edir. 15 noyabr 2011.
-

BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi noyabrın 18-da İranın nüvə proqramının “çox dərin və getdikcə artan narahatlıq” doğurması ifadə edilən qətnaməni qəbul edib. Sənəddə qeyd edilir ki, İranla bu Agentlik arasında davamlı dialoq olduqca zəruridir. Sənəd İran hakimiyyətini BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdən irəli gələn vəzifələrini tam və ləngimədən həyata keçirməyə çağırılır.

Amma qətnamədə bu öhdəlikləri icra etməsi üçün İrana heç bir möhlət nəzərdə tutulmur. Amma Agentliyin rəhbəri Yukiya Amanoiya tapşırlır ki, gələn ilin martına qədər Tehranın bu qətnaməni necə icra etməsinə dair hesabat hazırlasın.

Sənədə görə BMT-nin Təhlükəsizlik Şurasının veto hüququ olan daimi üzvləri mübahisəli nüvə proqramıyla bağlı İrana təzyiqləri artırmaq üçün Beynəlxalq Atom Enerjisi Agentliyində ortaq qətnamə qəbul eləməyə razılaşırlar.

Beynəlxalq Atom Enerjisi Agentliyinin təklif elədiyi qətnamə layihəsində ABŞ, Rusiya, Fransa, Çin, Britaniyanın İranın nüvə silahı əldə etmək niyyətindən dərin narahatlıq keçirdiyi və birgə addımlar atacağı bildilir.

Qətnamədə deyilir ki, İran və Beynəlxalq Atom Enerjisi Agentliyi bu məsələdə dialoqu intensivləşdirməli, Tehran isə BMT ekspertlərinə nüvə proqramıyla əlaqədar istənilən informasiya, sənədlər, müəssisələr, materiallar və şəxsləri yoxlamaq imkanı verməlidir.

Bu agentlik keçən həftə İranın nüvə bombası hazırlamağa çalışması ehtimallarını gücləndirən faktlardan bəhs edən hesabatını yaymışdı. Bu hesabatdan sonra İsrailin İranın nüvə proqramını dayandırmaq üçün hərbi vasitələrə əl atması barədə məlumatlar yayılır. Noyabrın 18-də ABŞ-ın Müdafiə naziri Leon Panetta israilli həmkarı Ehud Barakla görüşündə bildirib ki, İrana qarşı hər hansı hərbi addımın yarada biləcəyi iqtisadi nəticələr əvvəlcədən göz önünə alınmalıdır.


Bu qətnamənin BMT Təhlükəsizlik Şurasında hazırlanan sanksiyalarla bağlı qətnaməyə dəxli yoxdur. Düzdür, bu qətnamədə İrandan BMT Təhlükəsizlik Şurasının qətnamələrindən irəli gələn tələbləri yerinə yetirmək də tələb olunur.

ABŞ ümid edir ki, Agentliyin İdarə Heyəti Tehrana beynəlxalq birliyin narahatlıqlarını çatdıra biləcək.

Agentliyin direktoru Yukiya Amano İdarə Heyətinin 2 günlük toplantı keçiriyi Vyanadan bildirib ki, dünyaya İranın atom bombası düzəltməsiylə bağlı xəbərdarlıq çatdırmaq onun borcudur.

O İrana yeksək səviyyəli missiya göndərməyi və nüvə proqramıyla bağlı Agentliyin son hesabatında yer alan bütün məsələləri yerində yoxlamağı təklif edir. Həmin hesabatda İranın nüvə silah hazırlamağa yaxın olması ilə bağlı konkret faktların olduğu bildirilirdi.

Amano deyib ki, "əlimizdə olan informasiyaya görə, İran nüvə başlığının partladılmasını öyrənmək fəaliyyəti ilə məşğul olur. Həmçinin, 2003-cü ilin sonunda etibarən bu fəaliyyətlərin konkret bir proqramla aparılıb və hazırda davam etdiyini güman olunur".

Amano artıq İran rəhbərliyinə xüsusi yoxlama missiyası göndərməklə bağlı müraciət elədiyini də bildirib.

İran rəhbərliyi isə Beynəlxalq Atom Enrjisi Agentliyinin son hesabatındakı iddiaları təkzib edib. İran rəhbərliyi nüvə proqramının dinc məqsədli olduğunu təkrarlayıb, Agentliyi isə ABŞ və İsrailin iddialarını əsaslandırmağa çalışmaqda ittiham edib.

Elə bu gün İranın rəsmi İrna agentliyi xəbər yayıb ki, ölkənin silahlı qüvvələri nüvə obyektlərinə qarşı potensial hücumların qarşısını almaq üçün dördgünlük hərbi təlimlərə başlayır.
XS
SM
MD
LG