Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 12:19

Bakının girəcəyində nəqliyyatın hərəkəti iflic olub



Bu gün səhər saatlarında Bakının cənub çıxışında nəqliyyatın hərəkəti iflic vəziyyətə düşüb. Lent.az-ın məlumatına görə, “Azneft” meydanından Bakının cənub çıxışı istiqamətində, Bayıl qəsəbəsinə doğru, həmçinin şəhərin mərkəzi istiqamətində giriş və çıxış bir neçə saat bağlı qalıb. Həmin ərazidə yerləşən “Dalğa Plaza”nın qarşısından yolun əks istiqamətində kommunikasiya xətlərinin çəkilməsi və Funikulyorun qarşısında yeraltı piyada keçidinin tikilməsi səbəbindən gecə saatlarında bağlanan yol hələ də açılmayıb.

Bu səbəbdən şəhərə işə gələn minlərlə insan Bayıldan mərkəzə doğru bir neçə kilometr yolu piyada qət etməyə məcbur olub. Avtomobil yolları insanlarla olub. Həmçinin 20-ci sahə qəsəbəsindən Bayıl qəsəbəsinədək, “Neftçilər” prospekti, “Azneft” meydanı və ətraf küçələrdə minlərlə avtomobil hərəkətsiz vəziyyətdə qalıb.

Səbail rayon polis İdarəsindən verilən məlumata görə, ərazidə qazıntı işləri gecə saatlarında başlayıb və mümkün olan ən yaxın müddətdə başa çatdırılacaq.
XS
SM
MD
LG