Keçid linkləri

2025, 01 May, Cümə axşamı, Bakı vaxtı 03:22

ARDNŞ İsveçrədə 63 yanacaqdoldurma məntəqəsini sahibi ilə birlikdə aldı



Azərbaycan Dövlət Neft Şirkəti İsveçrə bazarına çıxır.
ARDNŞ “Exxon Mobil” dən onun filialı olan “Esso Schweiz GmbH” (“Esso Switzerland”) şirkətini alıb.
Müqavilə Sürixdə imzalanıb.

“Esso Switzerland”ın 170-dən artıq yanacqdoldurma məntəqəsini birləşdirən satış şəbəkəsi var, bu yanacaqdoldurma məntəqələrindən 63-ü şirkətin özünündür.

“Esso Switzerland”ın sənaye və topdansatış müştəriləri üçün yanacaq marketinqi ilə məşğul olan qurumu (bu qurum bütün İsveçrə ərazisində kommunal-məişət təyinatlı yanacaq həcmlərinin və balon qazının müstəqil distribütorlara satışını həyata keçirir), Vangen-Oltendəki Qazdoldurma zavodu, eyni zamanda İsveçrənin Cenevrə və Sürix hava limanlarındakı aviasiya yanacaqdoldurma məntəqələri və müvafiq müştərək müəssisələrin səhmləri, eləcə də terminallara və boru kəmərlərinə malik müştərək müəssisəyə nəzarət edən İsveçrə təchizat və paylama şirkətinin səhmləri ARDNŞ-ın sərəncamına keçir.

Bu barədə ARDNŞ-in saytı xəbər verir.
Bütün bunlar ARDNŞ-ə neçəyə başa gəlir? - bu barədə məlumat verilmir.
XS
SM
MD
LG