Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:09

Morningstar Nabucco, TransXəzər kəmərlərinə dəstək verdi


Richard Morningstar
Richard Morningstar
“Amerika hökuməti Transxəzər boru kəməri layihəsini dəstəkləyir. İndi əsas məsələ Avropa Birliyi, Azərbaycan və Türkmənistanın razılığa gəlməsidir”. Bu sözləri Bakıda səfərdə olan ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Richard Morningstar deyib.

Morningstar bildirib ki, layihəyə cəlb olunması gözlənilən üç tərəf borunun inşası və şərtlərinə dair ortaq məxrəcə gəlsələr, ABŞ bu razılaşmanı alqışlayacaq. R. Morningstar hesab edir ki, Transxəzər layihəsi bütün tərəflər üçün faydalı bir layihədir.

R. Morningstar Azərbaycan-Türkiyə qaz sazişi haqda deyib: “Biz düşünürük ki, iki ölkə arasında imzalanmış qaz sazişi “Cənub dəhlizi” layihəsi baxımından mühüm bir element olacaq”. Onun sözlərinə görə, ABŞ höküməti “Cənub dəhlizi” layihəsinə tam sadiqdir və indi əsas məsələ bu layihənin rentabelliyini təmin etməkdir.

“Nabucco” layihəsinə toxunan amerikalı diplomat deyib: “indi əsas məsələ vaxtdır. “Nabucco” layihəsinə cəlb edilmiş maraqlı tərəflər tikinti ilə bağlı ortaq məxrəcə gəlsələr, Amerika İxrac-İdxal Bankı bu layihəni dəstəkləyə bilər”.
XS
SM
MD
LG