Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 22:40

Gənclər Catherine Ashtona müraciət ediblər


Etiraz aksiyası zamanı polis tərəfindən saxlanılan müxalifətçi
Etiraz aksiyası zamanı polis tərəfindən saxlanılan müxalifətçi
Müsavat Gənclər Təşkilatı Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Catherine Ashtonu (Ketrin Eşton) Azərbaycandakı siyasi məhbuslarla görüşməyə çağırır.
Bu barədə təşkilatın Ashtona göndərdiyi müraciətdə qeyd olunur.
Müsavat Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlı AzadlıqRadiosuna bildirib ki, müraciət hazırlamaqda məqsəd Azərbaycanda baş verən son hadisələri dünyanın diqqətinə çatdırmaqdır.
Müraciətdə 2 aprel tarixində Bakıda keçirilən mitinqlərdə iştirak etdiyinə görə həbs edilən şəxslər barədə məlumat verilib.
“Hesab edirik ki, partiya təmsilçilərinin və gənc liderlərin həbs olunmasına görə Azərbaycan hakimiyyəti ilə yanaşı, buna göz yuman beynəlxalq təşkilatlar da məsuliyyət daşıyır. Ümid edirik ki, Azərbaycanda siyasi məhbusların azad olunmasında və sərbəst toplaşma azadlığına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasında, bir sözlə, Avropa ilə tərəfdaşlıq edən dövlətimizin demokratikləşməsinin və ərazi bütövlüyünün bərpa olunmasında beynəlxalq ictimaiyyət, xüsusi ilə Avropa Birliyi əlindən gələni əsirgəməyəcək”, deyə müraciətdə vurğulanır.
XS
SM
MD
LG