Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:39

Almaniyada neonasist qrup üzvləri həbs edilib


Almaniya polisi səkkiz türkün və bir yunanın qətli ilə bağlı olan neonasist qrupun daha bir üzvünü həbs edib. İndiyə qədər mövcudluğu haqqında heç bir məlumat olmayan Milli Sosialist Təşkilatının üzv olmaqda şübhəli bilinən həmin şəxs Hannover şəhəri yaxınlığında həbs olunub.

Bundan əvvəl həmin qruplaşmanın 37 yaşlı başqa bir üzvü həbs olunmuşdu.

Qruplaşma üzvləri 2000-ci ildən 2007-ci ilə qədər Almaniyanın müxtəlif şəhərlərində əsasən türk mənşəli xarici vətəndaşların qətlində şübhəli bilinirlər. Onların hədəfində kiçik bizneslə məşğul olanlar, xüsusilə dönər restoranların sahibləri olub.
XS
SM
MD
LG