Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:40

Mitt Romney respublikaçılardan prezidentliyə real namizəd hesab olunur


ABŞ-ın Massaçusets ştatının keçmiş qubernatoru Mitt Romni (Mitt Romney)
Respublikaçılar partiyasından prezidentliyə namizədlik uğrunda mübarizədə iqəlidə gedir.

Bunu Reuters agentliyinin amerikalılar arasında keçirdiyi rəy sorğusunun nəticələri göstərir.

Rəyi soruğulanların təxminən yarısı onu indiki prezident Barack Obamaya qarşı daha ağılabatan rəqib hesab edirlər.

Reutersin məlumatına görə, Romney respublikaçılar arasında öz rəqiblərini təxminən 8 faiz geridə qoyur.

Birləşmiş Ştatlarda növbəti prezident seçkisi 2012-ci ilin noyabrında keçiriləcək.

Romney şənbə günü keçirilmiş seçkiqabağı debatda bildirib ki, prezident seçilsə İranın nüvə silahı əldə etməsinə yol verməmək üçün bu ölkəyə qarşı hərbi güc tətbiq etməyə hazır olacaq.
XS
SM
MD
LG