Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:13

Yunanıstan iqtisadi böhrana görə Azərbaycandan neft idxalını dayandırıb


Yunanıstan üzləşdiyi iqtisadi böhran üzündən Azərbaycandan neft idxalını dayandırmağa məcbur olub.

Məlumatı «Reuters» yayıb.

Bankların kredit imkanlarının tükənməsi səbəbi ilə Yunanıstan artıq bir müddətdir ki, Azərbaycan, Rusiya və Qazaxıstandan xam neft satın ala bilmir. Banklar və treyderlər Yunanıstanın öz borcunu ödəyə bilməyəcəyindən ehtiyatlanaraq bu dövlətlə münasibətləri davam etdirməkdən çəkinir.

Belə bir şəraitdə Yunanıstan İrandan neft almağı yeganə çıxış yolu sayır. /apa/
XS
SM
MD
LG