Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 12:19

Əfqanıstanda naməlum silahlılar ana ilə qızını qətlə yetiriblər



Əfqanıstan polisinin məlumatına görə ölkənin şərq əyalətlərindən birində naməlum silahlılar dul ana ilə qızını “əxlaqsızlıq”da ittiham edərək qətlə yetiriblər. Yerli polis onların evlərində güllə ilə vurularaq öldürüldüyünü bildirir. O, qurbanların güllələnməzdən əvvəl daşqalaq edilmələri barədə bəzi media orqanlarında yayılan məlumatların yalan olduğunu deyib.

Qonşular və adının çəkilməsini istəməyən rəsmilər deyirlər ki, qadınları öldürənlər Taliban yaraqlıları olub.

Bu ölkədə Taliban hakimiyyətdən qovulandan sonra qadın hüquqlarının müdafiəsi sahəsində bəzi irəliləyişlər olub. Amma hələ də radikal islamçıların nüfuzlu olduqları bölgələrdə qadınlara qarşı zorakılıqlar davam edir.
XS
SM
MD
LG