Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:07

Pakistanla Hindistanın baş nazirləri görüşüb


Pakistan və Hindistanın baş nazirləri cümə axşamı Maldiv adalarında danışıqlar aparıblar.

Görüş Cənubi Asiya ölkələrinin sammiti çərçivəsində keçirilib.

Yousif Raza Gilani ilə Manmohan Singh təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Liderlər görüşdən sonra bəyan ediblər ki, iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açmaq lazımdır.

1947-ci ildən bu yana Kəşmirə görə Hindistanla Pakistan arasında 3 dəfə müharibə olub.

2008-ci ildə Hindistanın Mumbay şəhərində 166 adamın ölümüylə nəticələnmiş terror aktlarından sonra iki ölkə arasındakı münasibətlər yenidən gərginləşib.

Hindistan bu hücuma görə, Pakistandakı yaraqlı qrupları günahlandırır.
XS
SM
MD
LG