Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:26

Lukas Papademos Yunanıstanın baş naziri təyin edilib


Avropa Mərkəzi bankının keçmiş vitse-prezidenti Lukas Papademos Yunanıstanın baş naziri təyin edilib.

Bu barədə cümə axşamı prezident aparatından məlumat verilib.

Ölkənin aparıcı siyasi partiyaları yeni kabinetin tərkibilə bağlı razılığa gəliblər.

Keçmiş baş nazir Papandreou bundan əvvəl bildirmişdi ki, vaxtındanəvvəl seçkilərədək ölkəni yeni kabinet idarə edəcək.

Yeni kabinet defolt təhlükəsilə üzləşmiş ölkənin Avropa Birliyi və Beynəlxalq Valyuta
Fondundan kredit almasıyla bağlı qərar qəbul etməli, kəskin iqtisadi tədbirlər həyata keçirməlidir.
XS
SM
MD
LG