Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 01:19

Yunanıstanın baş naziri Papandreou istefa verib


Yunanıstanın baş naziri Georgie Papandreou istefa verib.

O televiziya ilə çıxışında bu addımı milli birlik hökuməti yaradılması naminə atdığını deyib.

Papandreou aparıcı siyasi partiyaların yeni kabinetin tərkibilə bağlı razılğa gəldiklərini və vaxtındanəvvəl seçkilərədək ölkəni bu hökumətin idarə edəcəyini deyib.

Amma o yeni baş nazirin adını çəkməyib.

Yeni hökumət defolt təhlükəsilə üzləşmiş Yunanıstanın Avropa Birliyi və Beynəlxalq
Valyuta Fondundan kredit almasıyla bağlı qərar qəbul etməlidir.
XS
SM
MD
LG