-
Rüşvət almaq ittihamı ilə üzləşən Yerevanın rayonlarından birinin polis rəisi müavini çarəni aradan çıxmaqda görüb. Bu barədə hüquq-mühafizə orqanları noyabrın 8-də məlumat veriblər.
Xəbərə görə Xüsusi Təhqiqat Xidməti ötən həftənin sonunda Yerevanda Erebuni rayon polis idarəsinin rəis müavini Mihran Keshishian-a qarşı 13 000 dollar məbləğində rüşvət almaq ittihamı irəli sürüb.
Rəsmi xəbərə görə o, narkotik maddələrin daşınması ittihamı ilə həbsdə olan bir məhkumun haqqında cinayət işinə son verilməsi üçün pul tələb edib.
Xüsusi Təhqiqat Xidməti bu ittihamı irəli sürəndən dərhal sonra isə polis zabiti ortadan yox olub. İndi hüquq-mühafizə orqanları bütün ölkədə qaçqın zabiti axtarır.
Ermənistanda yüksək rütbəli polis əməkdaşları tez-tez rüşvət ittihamları ilə üzləşirlər.
Keçən ilin martında polis general-mayoru Hovannes Tamamian da başqa bir polis zabiti ilə birlikdə bir ölüm işinin üstünü ört-basdır etmək üçün rüşvət almaqda ittiham olunmuşdular.