Keçid linkləri

Təcili xəbərlər
2023, 01 Aprel, şənbə, Bakı vaxtı 15:32

"Ryanair"in Berlusconi reklamı



İtaliyanın baş naziri Silvio Berlusconi istefa verəcəyini elan edib.

Maraqlıdır ki, bu istefa xəbərindən bir neçə saat əvvəl
ucuz təyyarə biletləri təklif edən İrlandiyanın Ryanair hava şirkətinin italyan dilli saytında yeni reklam başlanıb.

Reklamda zarafatdan istifadə olunur, zarafatın qəhrəmanı isə İtaliyanın baş naziri Silvio Berlusconi seçilib.


Berlusconinin şəkli olan reklamda deyilir ki, əziz Silvio, daha bir qaçmaq şansı - Ryanair. Bir tərəfli uçuşların qiyməti 9,99 avrodan başlanır. (İtalyancadan tərcümə DPA agentliyinindir-Müəllif.)

Berlusconi öz yumor hissi ilə məşhurdur. Yəqin ki, illik gəliri 500 milyon avro olan Ryanair öz cəsarətli reklamında Berlusconinin bunu yumorla qarşılayacağına əsaslanıb.

HƏR ZARAFATDA BİR HƏQİQƏT VAR

İtaliya parlamenti hökumətin büdcə sənədini qəbul etsə də, lehinə səs verənlərin sayını – 308 səsi görəndə parlament iclasında olan Berlusconi kağıza nəsə yazmağa başlayıb.

Sonra italyan jurnalistləri Berlusconinin yazdığı həmin kağıza baxa biliblər.
Berlusconi yazıb:
“Istefa”
“Satqınlar”
“8”.

Səsvermə göstərdi ki, Berlusconi parlamentdə çoxluğu itirdi. Çoxluğa məhz 8 səs çatmır, bu 8 deputat isə Berlusconinin öz tərəfdarları arasındandır.

İstefaya isə ciddi iqtisadi səbəblər var.

Dünən İtaliyanın hökumət bondlarının faizi 6,67-yə çatdı.
Bu rəqəm İtaliya hökumətinin borcu hansı faizlə tapa bildiyini göstərir. Yəni nə qədər yuxarıdırsa, hökumətin borcu nə qədər çətinliklə tapdığını nümayiş etdirir.

7 faiz isə kritik hədd hesab olunur.

Bundan əvvəl çətin vəziyyətə düşən avrozona ölkələri məhz bondun faizi 7 –yə çatanda kənardan yardım istəməyə başlayıblar.
XS
SM
MD
LG