Keçid linkləri

2017, 24 Aprel, Bazar ertəsi, Bakı vaxtı 17:43

Berlusconi hökuməti parlamentdə əksəriyyəti itirir


İtaliya pralamentində son səsvermə Berlusconi hökumətinin əksəriyyəti itirdiyini göstərib.

Berlusconi hökuməti parlamentdə büdcə ilə bağlı səsverməni udsa da, bu zaman səslərin əksəriyyətini qazana bilmədiyinə görə gələcəkdə Berlusconiyə istefa tələbləri güclənə bilər.

Parlament 2010-cu ilin büdcə hesabları adlı sənədə səs verib. Bu, gələcək istənilən büdcənin təsdiq olunmasının əsas şərti idi.
Ancaq bu sənədə 308 səs verilib və bu, sənədin qəbul olunmasına bəs edib.
Parlamentdə əksəriyyət üçünsə 316 səs lazımdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG