Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:13

DİN «Eurovision»a hazırlaşır


Noyabrın 8-də Daxili İşlər Nazirliyində «Eurovision» musiqi müsabiqəsi ilə bağlı əməliyyat müşavirəsi keçirilib.

Nazir Ramil Usubovun rəhbərliyi ilə keçirilən müşavirədə paytaxtda ictimai təhlükəsizliyin təmin olunması müzakirə edilib. Bildirilib ki, «Eurovision» Təşkilat Komitəsinin hazırladığı tədbirlər planında məsul qurumlar və icra müddətləri müəyyən edilib:

«Bu beynəlxalq tədbirin təşkilində Daxili İşlər Nazirliyinin də üzərinə mühüm vəzifələr düşür».

Müşavirədə Ramil Usubov paytaxtda ictimai asayişin və təhlükəsizliyin təmin olunması məqsədilə müxtəlif sahələrin rəhbərlərinə tapşırıqlarını verib.

«Eurovision 2012» Mahnı Müsabiqəsi ilə əlaqədar prezidentin 19 may 2011-ci il tarixli sərəncamı ilə Mehriban Əliyevanın sədrliyi ilə Təşkilati Komitə yaradılıb.
XS
SM
MD
LG