Keçid linkləri

2026, 18 Aprel, şənbə, Bakı vaxtı 10:55

Keçmiş boks çempionu xərçəngə məğlub oldu

Ağır çəkidə keçmiş boks çempionu Joe Frazier 67 yaşında ölüb. O, əfsanəvi boksçu Məhəmməd Əliyə qalib gələn ilk idmançı idi.

Joe Frazierin ölüm xəbərini noyabrın 7-də ailəsi elan edib. Bir neçə gün əvvəl onun qara ciyər xərçəngindən əziyyət çəkdiyi bildirilmişdi.

"Smokin" ləqəbli Co Fraizer 1971-ci ildə Məhəmməd Əli ilə rinqə çıxmışdı. Onların döyüşü "Əsrin mübarizəsi" kimi qiymətləndirilmişdi.
This item is part of
XS
SM
MD
LG