Noyabrın 6-sı İslam aləmində iki ən böyük bayramdan biri saylan Qurban bayramı qeyd olunur.
İslam aləmində daha bir önəmli bayram isə, Qurani-Kərimin həmin ay nazil olduğu Ramazan bayramı sayılır. Qurban bayramı bütün müsəlman aləmində hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə əsasan, qoç, inək, dana və ya dəvə kəsilir.

İslam adət-ənənələrinə görə qurbanlığın əti əsasən 3 hissəyə bölünür. Birinci hissə kasıblara, ikinci hissə qonum-qonşulara paylanılır, üçüncü hissəsini isə qurban sahibi öz ailəsinin ehtiyacları üçün saxlayır.
Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” qanununa əsasən Qurban bayramı ölkədə dövlət səviyyəsində keçirilir.