Keçid linkləri

2026, 17 Aprel, cümə, Bakı vaxtı 13:56

Suriyada daha 7 adam öldürülüb

Şənbə günü Suriyanın Homs şəhərində daha 3 nümayişçi öldürülüb, onlarla adam yaralıb.

Türkiyə sərhəddinin yaxınlığında yerləşən İqlib şəhərində isə nümayişçilərin tərəfinə keçmiş hərbçilərlə toqquşmada prezident Bashar Assad rejiminin 4 silahlı tərəfdarı öldürülüb.

Dəməşq noyabrın 12-dək silahı yerə qoyanlara amnistiya veriləcəyini bəyan edib.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

BMT bu müddət ərzində 3 mindən çox adamın öldürüldüyünü deyir.
This item is part of
XS
SM
MD
LG