Keçid linkləri

2026, 25 May, bazar ertəsi, Bakı vaxtı 19:51

Yunanıstanın baş naziri Papandreou prezidentlə müzakirələrə başlayıb

Yunanıstanın baş naziri Georgie Papandreou prezident Karolos Papuliasla müzakirələrə başlayıb.

O görüşdən əvvəl jurnalistlərə deyib ki, geniş konsensus əsasında hökumət yaratmaq üçün bütün mümkün imkanlara əl atacaq.

Yunanıstan parlamenti cümə günü Papandreounun rəhbərlik etdiyi hökumətə etimad göstərib.

Papandreou yeni hökuməti defoltdan qaçmaq üçün Avropa Birliyi və Beynəlxalq
Valyuta Fondunun ayırdıqları 130 milyardlıq krediti qəbul etməyə çağırıb.

Onun bundan əvvəl xarici yardımla bağlı ölkədə referendum keçirmək istəməsini Avropa liderləri mənfi qarşıladı, bu bazarlara pis təsir göstərdi.

Amma hökumət sonda referendum ideyasını qəbul etmədi.
This item is part of
XS
SM
MD
LG