Keçid linkləri

2026, 14 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:46

Daxili işlər orqanlarında kadr dəyişiklikləri olub

Daxili İşlər naziri Ramil Usubovun əmri ilə Suraxanı rayon Polis İdarəsinin (RPİ) rəisi Etibar Qazıyev daxili işlər orqanlarında xidmətkeçmənin son yaş həddinə çatması ilə əlaqədar təqaüdə göndərilib.

Digər əmrə əsasən, Nəsimi PRİ-nin rəisi Məmməd Mikayılov Suraxanı PRİ-yə rəis təyin olunub. Xəzər RPİ-nin rəisi Musa Musayev isə Nəsimi RPİ-yə rəis göndərilib.

Eyni zamanda, nazirin əmri ilə Zaqatala rayon polis şöbəsinin rəisi Faiq Şabanov Xəzər RPİ-yə rəis təyin edilib. Şəki RPŞ-nin rəisi Azad Məmmədovla Şabran RPŞ-nin rəisi Eldar İlyasovun yerləri dəyişdirilib. /Trend/
This item is part of
XS
SM
MD
LG