İran ABŞ səfirliyinin tutulmasının ildönümünü qeyd edir
Noyabrın 4-də minlərlə İran vətəndaşı “Amerikaya ölüm” şüarları ilə 1979-cu ildə öz ölkələrində ABŞ səfirliyinin tutulmasını qeyd ediblər. ABŞ-ın müdafiə etdiyi Məhmməd Rza Pəhləvi şah devrilərək İslam İnqilabın qalib gəlməsindən bir neçə ay sonra - 1979-cu il noyabrın 4-də inqilabçı tələbələrin bir qrupu ABŞ-ın Tehrandakı səfirliyinə hücum edərək 52 diplomatı girov götürmüşdülər. 444 gün davam edən böhran iki ölkə arasında əlaqələrin kəsilməsinə səbəb olub və həmin əlaqələr hələ də bərpa edilə bilməyib.
Buna da bax:
Arxiv
-
Noyabr 09, 2026ABŞ İranın əl-qolunu Xəzərdə də bağlamağa çalışacaq
-
Oktyabr 16, 2026Başqa prezident görməyən nəsil: Dünyanın 'ən stajlı' liderləri