Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 06:34

İran ABŞ səfirliyinin tutulmasının ildönümünü qeyd edir


Noyabrın 4-də minlərlə İran vətəndaşı “Amerikaya ölüm” şüarları ilə 1979-cu ildə öz ölkələrində ABŞ səfirliyinin tutulmasını qeyd ediblər.

ABŞ-ın müdafiə etdiyi Məhmməd Rza Pəhləvi şah devrilərək İslam İnqilabın qalib gəlməsindən bir neçə ay sonra - 1979-cu il noyabrın 4-də inqilabçı tələbələrin bir qrupu ABŞ-ın Tehrandakı səfirliyinə hücum edərək 52 diplomatı girov götürmüşdülər. 444 gün davam edən böhran iki ölkə arasında əlaqələrin kəsilməsinə səbəb olub və həmin əlaqələr hələ də bərpa edilə bilməyib.

Keçən ay Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirinə qarşı terror cəhdinə görə Vaşinqtonun İran rəsmilərini ittiham etməsi ilə tərəflər arasında gərginlik daha da sərtləşib.
XS
SM
MD
LG