Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:02

Tehrana qarşı yeni sanksiyalar ola bilər


ABŞ Konqresinin Komitəsi Tehrana qarşı sanksiyalar layihəsini bəyənib. Sanksiyalar Səudiyyə Ərəbistanın Vaşinqtondakı səfirinə qarşı bu yaxınlarda üstü açılmış sui-qəsdlə bağlıdır.

Sanksiyalar təsdiqlənərsə, bu, İranın Mərkəzi bankına da zərbə vura bilər. Bank terroru, nüvə silahının hazırlanması və islam inqilabı keşikçiləri korpusunu maliyyələşdirməkdə ittiham olunur.

Sankiyalarla bağlı layihəni irəli sürən xarici işlər üzrə Komitənin rəhbəri Ileana Ros-Lehtinen deyib ki, tezliklə bu sənədin təsdiqlənmək üçün prezident Barak Obamanın stolu üstündə olacağına ümid edir.
XS
SM
MD
LG