Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:09

Rusiyada son 10 ilin ən yaxşı kitabını elan edəcəklər


Feyziyyə Hacıyeva


Moskvada "Русский Букер десятилетия" mükafatının qısa siyahısı elan edildi:

Олег Павлов - "Карагандинские девятины, или Повесть последних дней"

Romandakı hadisələr əvvəlki qüdrətini itirmiş və dağılmaqda olan Sovet İmperiyasında baş verir.

Bir əsgər başqa bir əsgərin tabutunu Qaraqanda vağzalına gedən yolda müşayiət edir. Kitabın pessimist atmosferi var: şəhərin kirli küçələri, morqun qaranlıq dəhlizləri, qatarların ölü sükutlu vaqonları və vodkanın acı dadı...

Kitab ölkənin acı aqibəti fonunda onun insanlarının da keçməli olduqları dolanbac yolları təsvir edir...

Захар Прилепин - "Санькя"


Müsabiqənin mükafat fondu 600 min rubldur (təxminən 20 min dollar).

Psixoloji roman olan «Санькя» - əyalətdən olan bir oğlanın – Saşa Tişinin hekayətini anladır.

O da bir çox yaşıdı kimi həyatın “təklif etdiyi” adi yolla gedib mühəndis və ya fəhlə ola bilərdi.
Amma o, inqilabi gənclər təşkilatına üzv yazılır və dünyanı yaxşıya doğru dəyişməyə ümid edir...

Роман Сенчин - "Елтышевы"

«Елтышевы» – rus kəndi haqqında romandlr. Ailəvi istirahətə gedib kabab bişiriləsi kənd yox, Rusiyanın özünə oxşayan bir kənd haqda.

Yolsuz, dava-dərmanın tapılmadığı, insanlarının sadəcə sağ qalmaq uğrunda çarpışdığı bir kənd haqda...

Людмила Улицкая - "Даниэль Штайн, переводчик"

Kitab vaxtilə “Gestapo”da işləmiş və nasistlərə qarşı gizli fəaliyyət göstərmiş,
Zaxar Prilepin
Zaxar Prilepin
sonra partizanlıq etmiş, daha sonra isə katolik keşişi olmuş bir yəhudinin taleyindən bəhs edir. Hadisələr böyük siyasi proseslər fonunda baş verir.

Александр Чудаков - "Ложится мгла на старые ступени..."

Kitab Qazaxıstanın Çebaçinsk adlanan kiçik bir şəhərində yaşayan, SSRİ-nin müxtəlif yerlərindən Stalin repressiyaları zamanı sürgün olunmuş ziyalı ailələrindən bəhs edir.

Hadisələr ötən əsrin 30-50-ci illərində baş verir. Əsər bütün məhrumiyyətlərə baxmayaraq iradəsini, sabaha ümidini və mərhəmət hissini qoruya bilmiş, onu sonrakı nəslə ötürmüş insanlar haqqındadır. (Romanın jurnal variantını oxu)

Bu əsərlər 2001-2010-cu illər arasında "Русский Букер" mükafatının finalına çıxan 60 kitab arasından seçilib.

Maraqlıdır ki, qısa siyahıya düşənlərdən yalnız biri - Олег Павлов-un "Карагандинские девятины, или Повесть последних дней" əsəri "Русский Букер"in qalibi olub (2002), qalanları müxtəlif illərdə yalnız finalacan gedib çıxa bilmiş kitablardır.

Onilliyin ən yaxşı kitabının adı isə qısa siyahıdan seçilərək dekabrın 1-də elan ediləcək.

Münsiflər heyəti böyükdür – bura son 10 ildə "Русский Букер"in münsifləri sırasında təmsil olunmuş və hazırda sağ olan bütün şəxslər dəvət alıb.

Müsabiqənin mükafat fondu 600 min rubldur (təxminən 20 min dollar).

Mükafat 1991-ci ildə təsis edilib.

Həmçinin oxu
“Русский Букер"in qalibi açıqlandı

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG