Keçid linkləri

2025, 17 Fevral, Bazar ertəsi, Bakı vaxtı 00:55

Əfqanıstan və Pakistan prezidentləri görüşür


Əfqanıstan prezidenti Hamid Karzai və Pakistan prezidenti Asif Zardari bu gün İstanbulda görüşürlər. İki ölkə rəhbərinin bir masa arxasında oturması Türkiyə prezidenti Abdullah Gulun təşəbbüsüdür.

Türkiyə hökuməti ümid edir ki, Əfqanıstan və Pakistan liderlərinin görüşü bir-birilərinə qarşı olan inamsızlığın aradan qalxmasına kömək edəcək. Həmçinin iki tərəf bir-birini üsyançılara yardım etməkdə günahlandırmağa son qoyacaq.

Əfqanıstan son vaxtlar Pakistan kəşfiyyat dəstələrini taliban və Hakkani ekstremistlərini dəstəkləməkdə ittiham edir.
XS
SM
MD
LG