Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 17:35

Siyavuş Novruzov müxalifət liderlərini teledebata çağırır


Siyavuş Novruzov
Siyavuş Novruzov

Azərbaycanın hakim partiyası müxalifət liderlərini qorxduqları üçün debatlara gəlmədiklərini iddia edir. Bu barədə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bazar ertəsi "Trend" agentliyinə müsahibəsində deyib.

Siyavuş Novreuzov bildirib ki, onun müxalifət liderlərini teledebatlara çağırmasına hələ rəqib düşərgədən cavab gəlməyib.
Millət vəkili dəvətini bir daha təkrarlayaraq deyib ki, o, yalnız müxalifətin liderləri, ya da tanınmış şəxslərini debatlarda görmək istəyir:
"Rəhbərlərin istəniləni debatlara gələ bilər. Yalnız rəhbərlər, yoxsa dünən jurnalist olub bu gün sədr müavini vəzifəsini tutan və ya dünən köşə yazarı olub bu gün siyasətlə məşğul olan adamlar yox. Müxalifət cəbhəsinin tanınmış nümayəndələrini debatlara dəvət edirəm. Onlar yalnız cəfəngiyyat danışmaqla məşğul olduqları üçün açıq debatlara gəlməkdən çəkinirlər."
Əvəz Temirxan
Əvəz Temirxan
YAP funksionerinin fikirlərinə münasibət bildirərkən müxalif Liberal (ALP) partiyasının sədri Əvəz Temirxan bildirib ki, bu cür debatları iqtidar özü təşkil etməli və müxalifət liderlərini debatlara çağırmalıdır. O hesab edir ki, debatlarla bağlı müxalifət partiyalarının iqtidara rəsmi şəkildə müraciət etməsi doğru deyil.
Bir müddət öncə də Novruzov müxalifət liderlərini debatlara dəvət etmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG