Keçid linkləri

2026, 21 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:02

Azərbaycan ordusu daha bir əsgərini itirib

Azərbaycan Ordusunun əsgəri bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə Müdafiə Nazirliyinin Ağdam rayonunda yerləşən «N» saylı hərbi hissəsində qeydə alınıb. Milli Ordunun əsgəri, 19 yaşlı Taleh Hüseynbalazadə elektrik cərəyanı vurması nəticəsində ölüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev «APA»ya açıqlamasında faktı təsdiqləyib.

Qeyd edək ki, T.Hüseynbalazadə 2010-cu ildə Şəki rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
This item is part of
XS
SM
MD
LG