Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:42

Paşayevlərin qələbəsi, Azərbaycan diplomatiyasının uğuru...


Foto: Arxiv
Foto: Arxiv
«PAŞAYEVLƏR MEHDİYEVƏ QALİB GƏLDİ». Parlamentin eks-prezidentlər haqqında qanun layihəsinin birinci oxunuşda qəbul edilməsinə toxunan «Azadlıq» qəzeti belə hesab edir. Qəzet yazır ki, Naxçıvan və Qərbi Azərbaycan klanı Mütəllibovu eks-prezident statusundan məhrum edə bilmədi:

«Paşayevlər vəziyyətdən çıxış yolunu Ayaz Mütəllibovun eks-prezident statusunu təmin etməklə, onun regional lider statusunu əlindən almaqda gördülər. Naxçıvan və qərbi azərbaycanlı klanı isə Paşayevlərin niyyətindən xəbərdar olduqları üçün Ayaz Mütəllibov məsələsində dirəniş göstərirdilər... Paşayevlərlə Naxçıvan və Qərbi Azərbaycan klanı hətta Milli Məclisdə də bu məsələyə görə açıq şəkildə üz-üzə gəldi. Lakin bütün cəhdlərə baxmayaraq, nəticədə Paşayevlər qalib gəldi…».

«Yeni Müsavat» qəzeti Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsini «AZƏRBAYCAN DİPLOMATİYASININ BMT-DƏ UĞURU» sayır:

«Yox hakimiyyət BMT Təhlükəsizlik Şurasındakı yerindən dünyada avtoritar rejimlərin müdafiəçisi üçün istifadə edəcəksə, bu, Azərbaycanın özünü hədəfə çevirəcək. BMT Təhlükəsizlik Şurasına seçkinin nəticələrindən eyforiyaya qapılmaq lazım deyil. Əlbəttə ki, düzgün istifadə olunsa, Azərbaycan üçün bu müsbətdir. Amma bunu bütün dərdlərin dərmanı kimi qiymətləndirmək də lazım deyil».

«Yeni Azərbaycan» qəzeti isə yazır ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasında təmsil olunması Dağlıq Qarabağ və digər məsələlərin qaldırılmasına imkan yaradacaq.

«Bizim yol» qəzeti isə toyuq və mal ətinin yenidən bahalaşmasından yazır. Topdansatış məntəqələrində 1 kiloqramı 1.6 manata olan toyuq ətinin qiyməti 2 manat 40 qəpiyə, Bakıda sümüksüz mal ətinin 1 kiloqramı 10 manat 70 qəpik, qoyun əti isə 11 manata satılır.

Qəzet yazır ki, monopolistlər əhalini soymaqda davam etsə də, hökumət böhranlı vəziyyətin fərqində deyil.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG