Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:26

«Muammar Qaddafinin ölümü bütün diktatorlara xəbərdarlıqdır»


Muammar Qaddafinin ölümü dünyadakı bütün diktatorlar üçün xəbərdarlıqdır. Bunu ABŞ prezidenti Barak Obama NBC telekanalına müsahibəsində deyib.

Liviyanın sabiq lideri oktyabrın 20-də Sirt şəhərinə hücum zamanı öldürülüb və dünən səhrada gizli saxlanan yerdə dəfn olunub. Liviyanın Milli Keçid Şurası artıq bütün ölkənin Qaddafi tərəfdarlarından təmizləndiyini bəyan edib.

Obamanın dediyinə görə, Birləşmiş Ştatlar Liviyada hökumət əleyhinə çıxışdan sonra Qaddafiyə ölkəsində demokratik islahatlar keçirmək üçün şans veribmiş. Amma liviyalı diktator bu imkandan istifadə etməyib, etirazlara qarşı güc tətbiq edib.

Gözlənilir ki, bu gün NATO ölkələri oktyabrın 31-dək Liviyada əməliyyatlara son qoymaq məsələsini götür-qoy edəcəklər.
XS
SM
MD
LG