Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 06:09

Azərbaycan xilasediciləri Türkiyədə 6 nəfəri xilas edib


Türkiyə
Türkiyə
Azərbaycan xilasediciləri Türkiyənin zəlzələ baş verən rayonunda xilasetmə işlərini davam etdirir. Gecə saatlarında onlar daha 3 cəsədi dağıntılar altından çıxarıblar.

Oktyabrın 25-i səhər saat 9:00-a olan məlumata görə, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri bütövlükdə 6 nəfəri xilas edib, 10 nəfərin cəsədi çıxarılıb.

Xəbəri Fövqəladə Hallar Nazirliyi yayıb.

Azərbaycan Türkiyəyə 200 xilasedici göndərib. Nazirliyin 3 təyyarəsi fəlakət bölgəsinə 250 çadır, 3000 ədəd adyal, 700 ədəd səhra yataq dəsti, 2000 ədəd yataq dəsti, 2 ədəd səhra mətbəxi, ilkin tələbat əşyaları və əlavə 20 nəfər xidmətedici personal aparıb.

Oktyabrın 23-də Türkiyənin Van bölgəsində 7.2 bal gücündə zəlzələ olub. 279 nəfər ölüb, 1301 nəfər yaralanıb.
XS
SM
MD
LG