Keçid linkləri

2026, 01 May, cümə, Bakı vaxtı 06:09

Moskvada Medvedev-Sarkisyan danışıqları gedir

Moskvada Rusiya və Ermənistan prezidentlərinin danışıqları gedir.

Danışıqlara başlayan Medvedev deyib ki, “Biz ikitərəfli və regionda çoxtərəfli əməkdaşlığın bütün məsələlərini və tam formatda müzakirə edəcəyik”.

O konkretləşdirib ki, tərəflər öz diqqətlərini “iqtisadi, hərbi-texniki əməkdaşlıqda cəmləyəcəklər”.

Medvedev Rusiya-Ermənistan münasibətlərində2011-ci ili çox əhəmiyyətli adlandırıb.

Danışıqlardan əvvəl Sarkisyan Lomonosov adına MDU-da olub və ona fəxri professor adı verilib.
This item is part of
XS
SM
MD
LG