Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:00

Türkiyədəki zəlzələdə 217 adam ölüb


Türkiyənin Van bölgəsində dünən baş vermiş 7,2 bal gücündə zəlzələ nəticəsində 100-ə yaxın bina uçub.

Türkiyənin daxili işlər naziri İdris Naim Şahin bildirib ki, son məlumatlara görə, 217 adam ölüb, 1090 adam yaralanıb. Mütəxəssislər itkilərin 700-1000 arasında olacağını bildirir.

Azərbaycan Türkiyəyə ilk yardım göstərən ölkə olub. Fövqəladə Hallar Nazirliyi bir neçə saat içində 2 təyyarə avadanlıq və 140 nəfərlik xilasedici göndərib.
XS
SM
MD
LG