Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:27

«Gilan» «Yeni Müsavat»dan 1 milyon manat təzminat istəyir


Foto: Arxiv
Foto: Arxiv
«Gilan» Qəbələ Konserv Zavodu «Yeni Müsavat» qəzetini məhkəməyə verib.

Bu barədə qəzet redaksiyasına bildiriş daxil olub.

Zavodun hüquqşünası Ruslan Vəliyev AzadlıqRadiosuna deyib ki, qəzet 2009-cu ildən zavod məhsulları haqda qərəzli məlumatlar yayır. Məhkəməyə müraciət etmələrinə isə səbəb qəzetin 21 sentyabr 2011-ci il tarixli sayında dərc edilən yazıdır.

Hüquqşünas zavodun mövqeyi olmadan verilən yazıların müəssisənin işgüzar nüfuzuna xələl gətirdiyini bildirir.

İddiaçı qəzetdən 1 milyon manat təzminat tələb edir.

İddia 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə ünvanlanıb.

«Yeni Müsavat» qəzeti isə hesab edir ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun nəzarətində olan şirkətin «Yeni Müsavat»ı məhkəməyə verməsinin səbəbləri başqadır. Onların fikrincə, burda əsas səbəb BBC-nin boks qalmaqalı barədə yazısının «Yeni Müsavat»da verilməsidir
XS
SM
MD
LG