Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:16

ABŞ səfiri: ««Status kvo» qəbuledilməzdir»


«Həmsədrlərin gələn həftə Azərbaycana planlaşdırılan səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həllinə dair baza prinsipləri və Azərbaycanın Kazanda qeyd etdiyi məsələlər müzakirə olunacaq. Bundan başqa, vasitəçilər prosesə təkan verilməsi və canlandırılması yollarını araşdıracaqlar».

Bunu oktyabrın 21-də jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza (Matthew Bryza) bildirib.

Səfir deyib ki, ABŞ Dövlət katibi Hillari Klintonun (Hillary Clinton) Azərbaycan prezidenti ilə telefon danışığı, bundan sonra onun müavini Uilyam Börnsün (William Burns) regiona səfəri ABŞ-ın Minsk Qrupu prosesini canlandırmaq istədiyini göstərir:

«Baza prinsiplərinin razılaşdırılmasını yekunlaşdırmaq, dərhal böyük sazişə keçmək lazımdır. Aydındır ki, münaqişənin hərbi yolla həlli yoxdur. Bununla yanaşı, «status kvo» da qəbuledilməzdir. Danışıqları sürətləndirmək lazımdır».
XS
SM
MD
LG