Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:48

ABŞ Rusiyaya öz radarlarından istifadə etməyi təklif edib


ABŞ Rusiyaya Avropada qurulacaq raket əleyhinə müdafiə sistemlərinin keçirəcəyi sınaqlara qiymət vermək üçün öz radarlarından istifadə etməyi təklif edib.

Belə bir bəyanatla Pentaqonun Raket Hücumlarından Müdafiə Agentliyinin rəhbəri
Patrik O Reyli (Patrick O Reilly) çıxış edib.

Onun sözlərinə görə, ABŞ-ın Avropada yerləşdirəcəyi bu sistemlər çok kiçik olduğundan Rusiyanın dərinliklərindəki raketlərə qarşı dura bilməz.

ABŞ dövlət katibinin müavini Ellen Toşer (Ellen Tauscher) isə Vaşinqtonun bu sistemlərin Rusiyaya qarşı yönəlməməsi barədə Moskvaya yazılı təminat verməyə hazır olduğunu bildirib.

Amma o qeyd edib ki, dünyada təhlükələr dəyişdiyindən Birləşmiş Ştatlar bu sistemlərin məhdudlaşdırılmasıyla razılaşa bilməz.
XS
SM
MD
LG