Keçid linkləri

2026, 26 İyul, bazar, Bakı vaxtı 19:43

Narıngüldən yeni kitab

Book by Naringul Babayeva
Book by Naringul Babayeva
Narıngülün “Nurlan” nəşriyyatı tərəfindən “Güzgüdəki qadın” adlı kitabı çapdan çıxdı.

Kitaba hekayə, esse və publisist yazılar daxil edilib.

Kitaba daxil olunan mətnlərin əsas funksiyası həssas qadın dünyasındakı sirli nüansları üzə çıxarmaq, insan daxilindəki xaosdan, gərginlikdən başlanaraq real dünya hadisələrinə doğru uzanan yolun konturlarını bədii boyalarla cızmaq və onları oxucular qarşısında sərgiləməkdir.

Kitabın redaktoru şair-publisist Qulu Ağsəsdir.
XS
SM
MD
LG