Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 06:55

İtaliyada polis 12 nəfəri həbs edib


İtaliyanın bir neçə şəhərində polisin keçirdiyi axtarış nəticəsində 12 nəfər həbs olunub. Onlar iğtişaşlar törətməkdə ittiham olunur.

Bazar günü “Wall Streeti ələ keçir” hərəkatına dəstək olaraq Romada keçirilən aksiyada nümayişçilərlə polis arasında baş verən qarşıdurmalarda 130-dan artıq adam xəsarət alıb. Mağazaların şüşələri sındırılıb, avtomaşınlar zərər görüb.

ABŞ-da və Avropa ölkələrində “Wall Streeti ələ keçir” hərəkatına dəstək olanların aksiyaları davam edir.

“Wall Streeti ələ keçir” hərəkatı iqtisadi böhran və hakimiyyətin maliyyə siyasətinə etiraz olaraq bir ay bundan əvvəl New Yorkda yaradılıb.
XS
SM
MD
LG