Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:31

Britaniyanın müdafiə naziri fırıldaqçılıqda şübhəli bilinir


Böyük Britaniyanın keçmiş müdafiə naziri Layam Foksa (Liam Fox) qarşı istintaq işi başlanacaq.

O fırıldaqçılıqda şübhəli bilinir.

Bu barədə bazar günü London polisinin nümayəndəsi məlumat verib.

Layam Foks yaxın dosu olan iş adamı Adam Verrity ətrafında baş verən qalmaqala görə dünən istefa verib.

Heç bir rəsmi vəzifəsi olmayan Verrity rəsmi səfərlərdə Foksu müşaiyyət edir, özünü müdafiə nazirinin müşaviri kimi qələmə verirmiş.

Parlamentdəki müxalifət hesab edir ki, Verrity böyük hərbi sənayeçilərin maraqlarına lobbiçilik edirmiş.

İndependent qəzeti yazır ki, Adam Verrity İrandan olan imiqrantlarla görüşüb, onlarla prezident Mahmud Ahmedinijadanın devrilməsinin mümkünlüyünü müzakirə edib.

Foks onunla yaxın əlaqələri olduğunu etiraf etsə də qanunsuz hərəkətlərə yol vermədiyini deyir.
XS
SM
MD
LG