Keçid linkləri

2026, 30 Aprel, cümə axşamı, Bakı vaxtı 12:08

Əli Abbasov: “İnternetin qiyməti maaşın 4-5 faizini tutur"

Hazırda Azərbaycanda 1 Mbit/saniyə internetin trafkinin qiyməti təxminən 15 manat təşkil edir. APA-nin xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, ölkədə İKT-nin inkişafı istiqamətində atılan addımlardan biri də internet tariflərinin azaldılmasıdır:

«2010-cu ildə Dünya Bankı tərəfindən aparılan tədqiqatlar onu göstərir ki, ən yüksək inkişaf etmiş ölkələrdə sürətli internetin qiyməti orta əmək haqqının 1-2%-ni təşkil etməlidir. Bu gün Azərbaycanda bu göstərici 4-5%-dir. Ümumiyyətlə, bu gün bu sahədə ölkədə böyük rəqabət var, 40-a yaxın provayder fəaliyyət göstərir. Onlar da müxtəlif səbəblərdən qiymətləri müxtəlif edə bilər. Lakin bir çox provayder tərəfindən 15 manatlıq göstərici tətbiq olunur».
This item is part of
XS
SM
MD
LG